İtaliya və Avstriya sərhədində aksiya insidentlə nəticələndi
May 09, 2016 19:15 Asia/Baku
İtaliya və Avstriyanın müştərək sərhədində divarın çəkilməsi barəsində Avstriya rəsmilərinin qərarı italiyalı vətəndaşların Brenner sərhəd keçidində etiraz aksiyası keçirməsi ilə nəticələnib. Bu aksiyada insident yaşanıb.
Brenner sərhəd keçidində bir neçə saatlığa qatarların və avtomobillərin hərəkətinin dayanması ilə nəticələnən bu aksiyada 18 polis məmuru yaralanıb və 20-yə yaxın etirazçı həbs olunub.
Bu arada Avropa sərhədlərinin bağlanmasına etiraz olaraq yüzlərlə Roma şəhəri sakini aksiya keçirib.