Yaponiyada ABŞ-ın hərbi iştirakına etirazlar davam edir
Yaponiyanın Okinava əhalisindən yüzlərlə nəfər bir daha küçələrə çıxaraq, Amerikanın bu ölkədəki hərbi bazasının bağlanmasını istəyib.
Sin Xua-nın məlumatına görə, Okinavanın mərkəzi olan Naha məntəqəsi əhalisindən min nəfərdən çox insan bazar günü bir aksiya keçirərək, vurğulayıb ki, hər bir şəraitdə Amerikanın hərbi mərkəzi bu məntəqədən yığışdırılmalıdır.
Yapon aksiyaçılar qeyd ediblər ki, bu ölkə dövləti Okinavadakı həmin bazanın yerinin dəyişdirilməsi haqda amerikalı hərbçilərlə həmkarlıq etməməlidir.
Aksiyaçılar öz etiraz aksiyalarında habelə Amerikanın Yaponiyada hərbi iştirakı əleyhinə şüarlar veriblər və qeyd ediblər ki, Amerika nəinki təhlükəsizliyə zamin deyil, əksinə Tokio üçün bir hədə sayılır.
Bu, ötən həftələr ərzində neçənci dəfədir ki, bu məntəqə sakinləri Amerikanın Yaponiyada, xüsusilə Okinavadakı hərbi iştirakı əleyhinə küçə etirazları keçiriblər.
Bu məlumata görə, Yaponiya və Amerika dövlətləri razılığa gəliblər ki, Amerika dəniz piyadalarına aid olan Fotenama hava bazasını Okinavada yerləşən izdihamlı Ginvan məntəqəsindən əhalisi az olan Henoko sahil məhəlləsinə köçürsünlər.
Okinava sakinləri və yerli aktivlər çoxdandır ki, ABŞ-ın hərbi bazalarının genişlənməsinə etiraz və təhlükəsizlik və ekoloji nigarançılıqlara işarə edirlər.