May 19, 2016 08:43 Asia/Baku
  • Rusiya paytaxtında girov götürüldü
    Rusiya paytaxtında girov götürüldü

Rusiya paytaxtı Moskvada girov götürən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə girov məsələsinə son qoyulub.

Rusiya Seqodnyanın məlumatına görə, Kredit Moskva bankında təxminən 4 saatlıq girov işində cinayətkar təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Moskva Polis İdarəsi sözçüsü Sofia Xotinanın sözlərinə görə, təhlükəsizlik məmurları cinayətkarla müzakirədən sonra banka hücum edib və ona atəş açaraq öldürüblər.

Çərşənbə gecə Moskva saatı ilə naməlum bir şəxs saat 20:40 radələrində Kredit Moskva Bankının bir qrup işçisi və müştərilərini girov götürüb.

Özünü Aleksey kimi tanıtdıran həmin şəxs külli miqdarda pulun ona ödənməsini istəyib.

Teqlər