Pentaqon Çinin qırıcı təyyarələrinin təqibindən xəbər verdi
-
Pentaqon Çinin qırıcı təyyarələrinin təqibindən xəbər verdi
ABŞ Müdafiə Nazirliyi Pentaqonun bildirdiyinə görə, Çinin iki qırıcı təyyarəsi Amerikanın bir kəşfiyyat təyyarəsi əleyhinə təhlükəli təqib əməliyyatı keçirib.
Röytersin məlumatına görə, Cənubi Çin dənizində ABŞ və Çinin hərəkətləri üzərində gərginliyin şiddətləndiyi bir halda, Pentaqon çərşənbə günü bildirib: Çinin iki qırıcı təyyarəsi təhlükəli təqib əməliyyatında Amerikanın bir casusluq təyyarəsini təqib ediblər.
Pentaqon bəyanat verərək iddia edib ki, bu hadisə beynəlxalq hava zolağında baş verib və Amerikanın casusluq təyyarəsi normal bir reyd keçirirmiş.
Bu hadisə, Çin qırıcı təyyarələrinin Cənubi Çin dənizində münaqişəli adalara yaxınlaşan Amerikanın hərbi dəniz qüvvələrinin bir gəmisini təqib etmələrindən bir həftə sonra baş verib.
ABŞ prezidenti Barak Obama 21-28 may günlərində Asiyaya səfər etmək niyyətindədir.
Yaponiyada Yeddilik Qrupunun iclasında iştirak və Vyetnama səfər Obamanın səfər proqramına daxildir.