May 23, 2016 14:59 Asia/Baku
  • Kameron: Türkiyənin AB-yə üzvlüyü, bəlkə 3000-də
    Kameron: Türkiyənin AB-yə üzvlüyü, bəlkə 3000-də

İngiltərənin baş naziri deyib: Türkiyənin Avropa Birliyinə 3000-cü ildə üzv olması mümkündür.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İngiltərə baş naziri David Kameron Türkiyənin Avropa Birliyinə üzv olmasının bəlkə də bir neçə dekada davam edəcəyini bildirərək deyib: 3000-ci ildə bunun baş verməsi mümkündür.

Kameron əlavə edib: Hətta o zamanda da İngiltərə Avropa Birliyinə üzv ölkələr kimi türklərin bu birliyə daxil olmasına qarşı çıxmaq üçün veto hüququndan istifadə edəcək.

İngiltərə baş naziri bildirib: Türkiyənin bu tezlikdə AB-yə üzvlüyü qeyri-mümkündür.

Türkiyə 1999-cu ildə Avropa Birliyinin tam üzvlüyünə namizəd olub. Bu barədə müzakirələr 2005-ci ildə başlanıb. Lakin indiyə qədər müzakirələr nəticəsiz olmuşdur.

Türkiyə hökumətinin kürdlər qarşısındakı siyasəti, ifadə azadlığının olmaması, mediaların repressiyaya məruz qalması Avropa Birliyinin Türkiyəni üzv qəbul etməməsi üçün irəli sürdüyü bəhanələrdir.

Teqlər