Ərdoğan Türkiyənin yeni nazirlər kabinetini təsdiqləyib
-
Ərdoğan Türkiyənin yeni nazirlər kabinetini təsdiqləyib
Türkiyə prezidenti Bin Əli Yıldırımın baş nazirliyi ilə bu ölkənin yeni dövlətinin tərkibini təsdiq edib.
Fars xəbər agentliyinin məlumatına görə, Türkiyə dövləti bir bəyanatda bildirib ki, Rəcəb Tayyıb Ərdoğanın təsdiqi ilə Toğrul Türkaş, Məhəmməd Şimşək və Niman Kurtulmuş yeni dövlətdə baş nazir müavinləri vəzifələrində qalıblar və Veysi Kaynak və Nurəddin Canıklı da yeni nazirlər kabinetinə daxil olıublar.
Yeni dövlətin üzvlərindən həmçinin Naci İqbal-maliyyə naziri, Fikri İşık-müdafiə naziri, Nəhad Zikçi-iqtisadiyyat naziri, Nəbi Avçı-mədəniyyət və turizm naziri və Ömər Çelik Avropa İttifaqı işləri naziri olacaqlar.
Xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala və energetika və təbii mənbələr naziri Bərat Albayraq Türkiyənin yeni nazirlər kabinetində öz vəzifələrində bərpa olunublar.