Liviya sahillərində 3 mindən çox miqrant xilas olunub
İtaliyanın sahil qvardiyası Liviya sahillərində 3 mindən çox miqrantın xilas edildiyini bildirib.
Le Fiqaro qəzetinin yazdığına görə, İtaliyanın sahil qvardiyası çərşənbə günü bildirib: Liviya sahillərində 3 mindən çox miqrant xilas olunub. Bu rəqəmin hesablanması ilə ötən 2 sutka ərzində xilas olunanların sayı 5600 nəfərə çatıb.
BMT-nin Miqrantların məsələləri üzrə Ali Komissarlığı da öz növbəsində xatırladıb ki, ötən həftə xilas olunan miqrantları nəzərə almadan 2016-cı ilin əvvəlindən 34 minə yaxın miqrant İtaliyanın cənubuna gəlib.
Liviya və İtaliyanın sahil qvardiyaları, Sofia dəniz əməliyyatı gəmiləri, Frontks agentliyi və Aralıq dənizində Qeyri-Hökumət təşkilatından bir gəmi miqrantların xilas əməliyyatında iştirak ediblər.
Hava şəraitinin nisbətən yaxşılaşması və dənizin sakit olması ötən həftələr ərzində miqrantların İtaliyaya doğru axınının artmasına səbəb olub.
Ötən həftədə xilas olunan miqrantların hansı ölkə vətəndaşı olduğu elan olunmayıb. Lakin 2016-cı ilin əvvəlindən İtaliyaya gedən miqrantların əksəriyyəti Afrikanın qərbi və buynuzunda yerləşən ölkələrdən olmuşdur.
2016-cı ilin bir neçə ayı ərzində miqrantların sayı ötən ilin oxşar dövrü ilə müqayisədə bir az azalıb.