May 26, 2016 13:53 Asia/Baku
  • Nyu-Yorkda silahlı insidnet
    Nyu-Yorkda silahlı insidnet

ABŞ polisi Nyu-Yorkda konsert keçirilməsi qərara alınmış bir məkanda çıxan silahlı insident nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin isə yaralandığını bildirib.

Bu atışma çərşənbə günü yerli vaxtla saat 22:15-də baş verib.

Nyu-York polisi Manhetten meydanı yaxınlığında yerləşən İrvinq Plaza-da baş vermiş bu hadisədə 3 nəfərin güllələndiyini bildirib. Yaralılardan birinin vəziyyəti ağır elan olunub.

Silah səsi hadisə yerində olan insanlarda qorxu yaradıb və sosial şəbəkələrdə yayımlanan fotoşəkillərdən aydın olur ki, hadisənin ardınca insanlar arasında çaxnaşma yaranıb. İnsanlar hadisə yerini sürətlə tərk etməyə başlayıblar.

Amerikada hər il silahlı insidentlər nəticəsində minlərlə nəfər həyatını itirir.

Teqlər