Obama Amerikaya qarşı aksiya ilə Xirosimaya daxil oldu
-
Obama Amerikaya qarşı aksiya ilə Xirosimaya daxil oldu
Xirosima şəhəri bu gün Yaponiya vətəndaşlarının Amerikaya qarşı irimiqyaslı etirazının şahidi olub.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Barak Obama cümə günü Yaponiya vətəndaşlarının Amerika əleyhinə şüarları ilə Xirosima şəhərinə daxil olub.
Obamanın Xirosima şəhərinə səfəri ilə yanaşı Yaponiya vətəndaşları ABŞ prezidentinə nifrətlərini bildirib və onun bu ölkədən çıxmasını tələb edib.
Obamanın ilk ABŞ prezidenti olaraq Xirosima şəhərinə səfəri bu şəhər əhalisinin köhnə yaralarını təzələyib.
Obama Xirosima şəhərinin II Dünya Müharibəsində atom silahı ilə bombardman edilməsindən sonra bu şəhərə səfər edən ilk ABŞ prezidentidir. Bu bombardman nəticəsində 140 min nəfər həlak oldu.
ABŞ prezidenti Xirosimvanın atom bombası ilə bombardman edilməsi nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül qoyub və bildirib: 71 il öncə səmadan ölüm yağdı.
Barak Obama sonra Xirosimada Yaponiya baş naziri Şinzo Abe ilə müştərək mətbuat konfransında deyib: Biz dünyada kütləvi qırğın silahlarının məhv edilməsi üçün çalışmalı və bu silahların radikalların əlinə keçməsinə mane olmalıyıq.
Obama bu mətbuat konfransında 1945-ci ildə Xirosima və Nakazaki şəhərlərinin ABŞ tərəfindən atom silahı ilə bombardman edilməsinə görə üzrxahlıq etmək istəməyib.
ABŞ 1945-ci il 6 avqustda Xirosima, 3 gün sonra isə Nakazaki şəhərini atom silahı ilə bombardman etdi və təxminən 220 min nəfər həlak oldu.
Bu hücumlardan sonra dünyası dəyişənlərin əksəriyyəti xərçəng və digər xəstəliklərə yoluxmuşlar.
ABŞ dünyada bəşəriyyətə qarşı atom silahlarından istifadə edən yeganə ölkədir.