Terrorçuların ən böyük himayədarı regionda müqavimətin ən böyük himayədarını tənqid etdi
Ərəbistanın xarici işlər naziri İngiltərə xarici işlər naziri ilə birgə mətbuat konfransında İranı region ölkələrinin daxili məsələlərinə müdaxilə etməkdə ittiham etdi.
Əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Ərəbistanda səfərdə olan İngiltərənin xarici işlər naziri Flip Hamund da ərəbistanlı həmkarı Adil əl-Cübəyr ilə birgə mətbuat konfransında nüvə anlaşması barədə danışıb: "İran indiyə qədər nüvə anlaşması çərçivəsində öz öhdəliklərinə əməl edib və biz də İran ilə ticarət əlaqələrinin normallaşdırılması üzrə öhdəliklərimizə əməl etmək niyyətindəyik".
Adil əl-Cübər isə bu dəfə də həqiqətləri əks etdirməyən iddialar ilə İranı ittiham edib: " İran terrorizmi himayə etmək, ballistik raketlər atmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqla özünü təcrid edibdir".
Ərəbistanın xarici işlər naziri bir qədər də irəli gedərək, İranı Suriya və İraq silahlı qüvvələr habelə, Ərəbistana silahlı dəstələr göndərməkdə ittiham edib.
Adil əl-Cübəyr həmçinin, İranın Bəhreyn və Yəmənə qaçaq yolla silah göndərməyə çalışdığını da iddia edib.
"İranın İraqdakı iştirakı hansı formada olmasından asılı olmayaraq, qəbul ediləsi deyil. İran bizim qonşumuzdur və biz İranla dinc yanaşı yaşama malik olmaq istəyirik." Ərəbistanın xarici işlər naziri belə deyib.
Yəmən, Suriya və İraqı xarabalığa çevirilməsində birbaşa və dolayısı ilə rola malik olan Ali-Səudun xarici işlər naziri İraq hökumətinin terrorizm ilə mübarizədə İrandan rəsmən yardım istəməsi məsələsinə işarə etməyərək, İranı İraqa şiə yaraqlıları göndərməkdə ittiham edib.
Adil əl-Cübeyr əlavə edib: " İraqda təfriqə xarakterli siyasətlərin izlənilməsi İranın bu ölkədəki müdaxilələrindən qaynaqlanır".