Fransa Senatı Rusiya əleyhinə sanksiyaların ləğv edilməsinə səs verdi
Fransa Senatı Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi qətnaməsini qəbul etdi.
Asoşeyted Press-in verdiyi məlumata görə, Fransa Senatı çərşənbə günü 301 lehinə və 16 əleyhinə səslə Rusiya əleyhinə sanksiyaların ləğv edilməsini tələb edən qətnaməni qəbul edib.
Fransa dövlətində Avropa Birliyi məsələləri üzrə məsul şəxs olan Harlem Desir bu qətnamənin qəbul edilməsinə reaksiya olaraq deyib: Rusiya əleyhinə sanksiyalar sadəcə Ukrayna ilə Minskdə əldə olunmuş sülh anlaşmasının tam şəkildə icra olunduğu zaman ləğv edilə bilər.
Minsk anlaşması 12 fevral 2015-ci il tarixində Normandiya danışıqları kimi tanınan müzakirələrin ardınca imzalandı.
Rusiya və AB ölkələri əlaqələri ötən 2 ildə Ukrayna hadisələrinə görə gərginləşib.
Avropa Birliyi ABŞ-ın siyasi baxışları çərçviəsində Rusiya əleyhinə bir sıra sanksiyalar tətbiq edərək, Rusiyanın bir sıra həqiqi və hüquqi şəxslərinin adlarını sanksiyalar siyahısına daxil edib.