ABŞ Konqresinin yaxınlığında silahlı insident
-
ABŞ Konqresinin yaxınlığında silahlı insident
Vaşinqtonda Konqres binası yaxınlığında çıxan atışmada 4 nəfər yaralanıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, cümə axşamı ABŞ Konqresinin binası yaxınlığında çıxan silahlı insident nəticəsində 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Bu silahlı insident Vaşinqtonun Noma məhəlləsində baş verib.
ABŞ polisi hadisə haqda açıqlama verib: "Bu hadisənin qaradərili bir şəxs tərəfindən törədildiyi ehtimalı üzrə axtarışlar aparılır".
Federal rəsmilər silahlı insident, qətl, təcavüz, oğurluq və digər cinayət hallarının Amerikada xeyli genişlənməsini etiraf və nigaranlıq edirlər.
ABŞ-ın Federal Təhlükəsizlik Bürosu(FBİ) rəisi Ceymz Kami bir neçə gün öncə bu barədə açıqlama verib və deyib: Ölkə rəhbərliyi səviyyəsində hələ də zorakılıq və cinayət hallarının artmasının səbəblərinə aydınlıq gətirilməyib.
Amerikada zorakılığın artması ölkə rəhbərliyini bu cinayət halları ilə mübarizə məsələsində çətin vəziyyətlə üzləşdirib.
Katolik kilsəsinin keşişi Maykl Felçerin dediyinə görə, zorakılıq hallarının artmasına görə, uşaqlar evdən çıxmağa qorxurlar.