Yəmənli uşaqların etiraz səsi
-
Yəmənli uşaqların etiraz səsi
Bir qrup yəmənli uşaq BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq Səudiyyə Ərəbistanın adının uşaqların hüquqlarını pozanların siyahısından çıxarılmasını pisləyiblər.
Əl-Məsirə telekanalının məlumatına görə, yəmənli uşaqlar bazar günü BMT-nin Yəmən paytaxtı Sənadakı ofisi qarşısına toplaşıb və simvolik hərəkətdə cib pullarını könüllü şəkildə BMT-yə veriblər ki, bu təşkilat Ərəbistanın yardımlarına ehtiyacsız olaraq uşaqlar əleyhinə təcavüzkar koalisiyanın cinayətlərinə göz yummasın.
Yəmənli uşaqlar həmçinin şüarlar verərək beynəlxalq ictimaiyyət və dünyanın azad xalqlarından istəyiblər ki, BMT-ni Yəmən uşaqlarını kütləvi qırğın etməkdə iştirak etdiyinə görə, "xəcalət siyahısı"na salsınlar.
Onlar həmçinin bildiriblər ki, Yəmən axlqı amerikalı-səudiyyəli mühasirəyə təslim olmayacaq.
BMT 2 iyun hesabatında Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə hərbi koalisiyanı yəmənli uşaqları qırğın etdiyinə görə, uşaqların hüquqlarını pozanların qara siyahısına salıb və səudiyyəli koalisiyanın bu müharibədə 60% uşağın həlak olmasında məsuliyyət daşıdığını bildirib.
Lakin BMT-nin Ər-Riyadı tənqidi uzun çəkməyib. Bir həftə sonra 9 iyunda bu təşkilatın baş katibi Ban Ki Mun Ərəbistanın adını qeyd olunan siyahıdan çıxarıb.
BMT baş katibi Ban Ki Mun Ərəbistanın başçılıq etdiyi koalisiyanı uşaqların hüquqlarını pozanlar qara siyahısından çıxardıqdan sonra, bu hərəkətdən təəssüflənib və deyib ki, bu qərar, onun ən ağır və dərdli qərarı olmuşdur.
BMT baş katibi ötən cümə axşamı günü deyib: Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının adının uşaqların hüquqlarını pozanlar siyahısından çıxarılması bəzi ölkələrin BMT-nin büdcəsini kəsmək təhdidi ardınca baş verib.