İŞİD Orlandodakı terror aktının məsuliyyətini üzərinə götürdü
-
İŞİD Orlandodakı terror aktının məsuliyyətini üzərinə götürdü
İŞİD terror qruplaşması ABŞ-ın Florirda ştatının Orlando şəhərində gecə klubuna hücumun məsuliyyətini üzərinə götürüb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, İŞİD terror qruplaşması Twiter sosial-ictimai şəbəkədəki öz hesabında iddia edib ki, Florida ştatının Orlando şəhərində gecə klubuna terror hücumunun amili bu qruplaşmanın üzvlərindən olub.
Ötən gecə əfqan əsilli Amerika vətəndaşı Ömər Mətin adlı bir şəxs Orlando şəhərində gecə klubunda atəş açaraq 50 nəfəri öldürüb və 3 nəfəri də yaralayıb.
Bu şəxs ABŞ polisi ilə atışmada öldürülüb.
İŞİD terror qruplaşması son illərdə ABŞ, qərb, Türkiyə və bəzi ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəkləri sayəsində yaranmışdır.
ABŞ 2011-ci ildən ərəb və qərb müttəfiqləri, xüsusilə də Ərəbistan və sionist rejimlə birlikdə dünyanın müxtəlif ölkələrindən ən radikal terrorçuları Suriyanın qanuni hökumətini devirmək məqsədilə İŞİD, əl-Nüsrə Cəbhəsi, Əhraruş-Şam və Ceyşül İslam qruplarında yerləşdirərək və onlara maliyyə, silah və informasiya yardımları edərək bu ölkədə müharibə odunu alovlandırdı.
ABŞ prezidenti Orlandodakı dəhşətli terror aktına reaksiyada deyib: Bu əməliyyat terror aktı və nifrət xarakterlidir.
ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərində dəhşətli silahlı insidentə reaksiyada deyib: Bu hadisə bir daha xatırladır ki, silahı əldə etmək nə dərəcədə asandır. Biz bu barədə qərar verməliyik.
Görünür ABŞ cəmiyyətində islamofobiya və islama qarşı hərəkətin yeni dalğası başlanır. Halbuki belə hərəkətlər islamın insan və ədalətsevər təlimlərinə ziddir.
Yalandan özünü müsəlman adlandıranlar tərəfindən istənilən terror aktını müsəlmanlara aid etmək tamamilə aydın şəkildə və islamın imicinə zərbə vurmaq və müsəlman ölkələrində ekspansionist məqsədləri irəlilətmək məqsədini daşıyır.
Əslində Orlando hadisəsindən sui-istifadə edən ən böyük qruplar, Respublikaçıların növbəti prezident seçkilərindəki namizədi Donald Trampdır. Tramp bundan öncə müsəlmanların Amerikaya daxil olmasının qarşısının alınmasını istəmişdi. 8 noyabr ABŞ prezident seçkilərində Respublikaçıların namizədi Orlando hadisəsi ardınca yaranan qorxu və nigaranlıq şəraitindən səsləri özünə doğru cəlb etmək üçün var-gücü ilə çalışacaqdır.
ABŞ-da müsəlmanların ən böyük hüququnu müdafiə edən ən böyük təşkilat olan İslam-Amerika Əlaqələr Şurası Florida ştatının Orlando şəhərindəki terror aktını pisləyib.
İslam-Amerika Əlaqələr Şurasının müdiri Nihad Əvad bazar günü yerli və ölkə rəsmilrəi və müsəlmanlar və digər dinlərin nümayəndələrinin iştirakı ilə keçirdiyi mətbuat konfransında bu hadisəyə reaksiyada deyib: Cinayətkarlar, terrorçular və radikallar belə hücumların arxasında dururlar.
İslam-Amerika Şurası müdirinin dediyinə görə, indi bu hadisədən öz xeyrinə faydalanmaq istəyən siyasətçilər üçün şərait yaratmaq zamanı deyil.
Orlandoda silahlı insidenti törədən şəxsin atası homoseksuallıqla ziddiyyəti bu hadisənin əsas səbəbi adlandırıb.
France 24 xəbər telekanalının məlumatına görə, Orlando şəhərində silahlı insident hadisəsini törədən Ömər Mətinin atası Mir Sədiq bazar günü deyib: Oğlu dini səbəblərə görə bu işi görməyib.
Ömər Mətinin atası təsəvvür edir ki, o homoseksuallığa qarşı olan inancına görə, bu kluba hücum edib.