İyun 15, 2016 16:38 Asia/Baku
  • Amerikada iyun ayındakı atışmalarda 69 nəfər həlak olub
    Amerikada iyun ayındakı atışmalarda 69 nəfər həlak olub

Amerikada atışmalar üzrə informasiya portalının yeni statistik məlumatına görə, ABŞ-da yalnız iyun ayında baş verən atışmalarda 69 nəfər həlak olub 113 nəfər də yaralanıb.

İRİB-in verdiyi məlumata görə, həmin portalın dünən yaydığı statistikaya əsasən qeyd olunan sayda ölü və yaralı cari iyun ayının əvvəlindən Amerikada baş verən 20 atışma hadisəsinə aiddir.

Həmin məlumata görə 2016-ci ilin əvvəlindən bu günədək, 23645 atışma halı baş verib nəticədə 6063 nəfər ölüb, 12435 nəfər isə yaralanıb. Ölənlər arasında 258 uşaq 1302 yeniyetmə var.

Məlumatda oda bildirilir ki, bu hadisələrin 141-i kollektiv atışmalardan ibarət olub və 147 hadisədə isə polis əməkdaşı öldürülüb yaxud yaralanıb . 371 atışma polisin əli ilə baş verib, 992 nəfər də mənzillərə basqında həlak olublar.

Amerikada odlu silahla baş verən insidentlərin sayı nigaran edicidir və avtomobil qəzası və intihar göstəricilərindən sonra odlu silahla qətlə yetirmə hadisələri ölkədə ölüm-itim göstəricilərində üçüncü yerdə durur

Teqlər