Yaponların geniş aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i221944-yaponların_geniş_aksiyası
Minlərlə yapon Yaponiyanın müxtəlif şəhərlərində ABŞ hərbçilərinin bu ölkədə iştirakına etiraz olaraq, Okinava əhalisinə dəstək istiqamətində aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2016 05:57 Asia/Baku
  • Yaponların geniş aksiyası
    Yaponların geniş aksiyası

Minlərlə yapon Yaponiyanın müxtəlif şəhərlərində ABŞ hərbçilərinin bu ölkədə iştirakına etiraz olaraq, Okinava əhalisinə dəstək istiqamətində aksiya keçirib.

Kiodo xəbər agentliyinin məlumatına görə, Yaponiya xalqı dünən Tokio, Sapporo və Naquya şəhərlərində aksiya keçirərək, ABŞ hərbçilərinin Yaponiyadakı zorakılıq hərəkətlərinə qarşı hiddət ifadə edib.

Yapon etirazçılar habelə tez bir zamanda Okinavadakı amerikan hərbi bazanın yerinin dəyişdirilməsini istəyiblər.

On minlərlə yaponiyalı etirazçı da Okinava adasında bir neçə on il yaponların hiddətinə səbəb olmuş bu ölkədə hərbçilərin zorakı hərəkətləri və ABŞ-ın hərbi iştirakına qarşı aksiya keçirib.

20 yaşlı yapon qadının ötən ay bir amerikan hərbçi tərəfindən qətlə yetirilməsinin ardınca Amerika ordusunun Okinavada iştirakının davam etməsilə müxalifətlər kəskin tərzdə artıbdır.