İyun 20, 2016 12:48 Asia/Baku
  • Məhəmməd Mursi
    Məhəmməd Mursi

Qahirə məhkəməsi şənbə günü Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursini iki casusluq və qeyri-casusluq işində ömürlük və 15 illik həbsə məhkum edibdir ki, bu hökmlər daxili və beynəlxalq reaksiyalar ilə üzləşibdir.

Qahirə məhkəməsi Məhəmməd Mursini casusluq işində "Qətər səfirliyinə dövlət və hərbi sirləri təqdim etmək, dövlət rəsmilərindən təsnifatlı sənədləri almaq, onları Qətərə çatdırmağa səy və Misirin suverenliyi və təhlükəsizliyinə ziyan vurmaq imkanının mövcud olduğu Doha ilə təhlükəsizlik həmkarlığı"nda ittiham edib və onun üçün ömürlük həbs hökmü çıxarıbdır.

Türlkiyənin Xarici İşlər Nazirliyi də dünən bir bəyanatda Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi üçün Qətərə casusluq işində ömürlük həbs hökmünü ədalətsiz adlandırıb və onu pisləyibdir.

Belə bir halda, Beynəlxalq Amnistiya Təşkilatı bu gün Misir məhkəməsi tərəfindən Məhəmməd Mursi üçün Qətərə casusluq işində ömürlük həbs hökmünün çıxarılmasını pisləyib və bu hökmlərin icrasının tez bir zamanda dayandırılmasını istəyib.

Teqlər