Fransada polisin etirazçılarla kobud rəftarının təsvirləri
-
Fransada polisin etirazçılarla kobud rəftarının təsvirləri
Frans-24 telekanalı xəbər verir: Fransa ötən üç ayda yeni əmək qanuna qarşı 1500 aksiya səhnəsi olub.
Frans-24 telekanalı nəzarətçilər verilişində Fransada əmək qanununa etirazdakı kobudluqlara toxunaraq, bildirib ki, Fransa ötən üç ayda yeni əmək qanununa qarşı 1500 aksiya səhnəsi olub.
Mayın əvvəlində Parisdə keçirilən etirazda bir journalist heç bir xəbərdarlıq edilmədən atımış qumbara nəticəsində göz nahiyəsindən zədələnib.
Bu səhnələrin başqa birisində bir polis qüvvəsi 15 yaşı bir məktəbli yeniyetmənin üzünə möhkəm bir yumruq vurur və onu yerə yıxır.
Başqa bir təsvir mayın onunda Parisin Konkord meydanı yaxınlğında baş vermiş digər hadisələrdən söz açır.
Təsvirdə irəliləməkdə olan polis qüvvələri görünür. Amma aksiyaçılardan biri onların yolundan kənara çəkilmək istəmir. Bu məsələ polis məmurlarından birinin hiddətlənməsinə bais olur və o, aksiyaçını şiddətlə dəyənəklə döyür.
Fransanın cənubundakı Tuluz şəhərində də oxşar hadisə baş verib. Bu şəhərdə bir neçə etirazçı küçənin ortasında oturaraq, yolu bağlamışdı. Bir polis məmuru da gözyaşardıcı qazdan istifadə edərək, çox yaxın məsafədən onları dağıtmağa çalışdı.
Frans24 əlavə edib: Etirazların əvvəlində polis zorakılıqları ittihamı haqda 48 təhqiqat işi təşkil olunub. Polis birliklərinin bildirdiklərinə görə, həmin müddətdə təqribən 400 fransız polis və jandarm yaralanıbdır.
Fransanın polis qüvvələri mayın 18-də onlara qarşı nifrəti pisləmək məqsədilə Parisdə bir araya gəldilər. Bu aksiya da bir qrup aksiyaçı ilə toqquşma ilə nəticələndi.