Qazaxıstanın Teraz şəhərində atışma
-
Qazaxıstanın Teraz şəhərində atışma
Qazaxıstanın cənubunda Teraz şəhərində polis ilə gənclər arasında baş verən qarşıdurmada 2 nəfər yaralanıb.
Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, dünən Qazaxıstanın Cambul vilayətinin Teraz şəhərində bir qrup gənclə polis arasında toqquşma baş verib.
Məlumata görə, gənclər aradan çıxmağa cəhd gostəriblər ancaq bu olayda bir polis zabiti və bir gənc odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Cambul polis qərargahının bildirdiyinə görə, Etirazçı gənclər aradan çıxandan sonra bir yaşayış binasına giriblər, polis həmin ərazini mühasirəyə alıb və sakinləri evakuasiya edib.
Cambul vilayəti polis qərargahının mətbuat xidmətindən bildiriblər ki, toqquşma radikalizm ilə deyil cinayət işi ilə əlaqədar olub.
Bu hadisədə rolu olanlar barədə istintaq-araşdırma əməliyyatlarına başlanılıb.
Qazaxıstanda ötən həftə terror aktı baş vermişdi. İyunun 5-də Qazaxıstanın Ağtəpə şəhərində baş verən Həmin hadisədə Milli Qvardiyanın bir hərbi bölməsi eləcə də silah satan mağazalar terrorçu hücumlara məruz qaldılar, nəticədə 25 nəfər həlak oldu 37 nəfər yaralandı.