Liviyada İŞİD mülkidən sipər kimi istifadə edir
-
Liviyada İŞİD mülkidən sipər kimi istifadə edir
Liviyanın Milli birlik hökumətinin başçısı deyib: terrorçu İŞİD qrupunun ünsürləri Sirt limanında mülki əhalidən insan sipəri kimi istifadə edirlər.
Lİviyanın milli birlik hökumətinin başçısı Faiz Əssirac dünən Frans Pressə verdiyi açıqlamada dövlət qüvvələrinin Sirt şəhərindəki irəliləyişinin çox gecikməsi barədə verilən suala cavab olaraq deyib: Terrorçu İŞİD qrupu Sirt şəhərinin mülki əhalisindən insan sipəri kimi faydalandığına görə dövlət qüvvələrinini irəliləyişi gecikir.
Hal-hazırda Liviyada onlarla silahlı qrup fəaliiyyət göstərir. Liviya ordusu isə iki hissəyə bölünüb, bir hissə Faiz Əssiracın başçılıq etdiyi milli birlik hökumətinin nəzarətdindədir, bir hissə isə Liviyanın qeyri-qanuni paralel hökuməti tərəfindən idarə olunmaqdadır.