İyun 30, 2016 10:35 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti türkiyəli həmkarı ilə telefon söhbətindən sonra bu ölkəyə qarşı turizm sanksiyalarının ləğv edilməsini bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin çərşənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra bildirib: Türkiyə əleyhinə turizm sanksiyalarını ləğv edəcək.

Rusiya prezidenti həmçinin hökumətə iki ölkə arasında əlaqələrin yenidən qurulması üçün danışıqlara başlamasını göstəriş verib.

Kreml bildirib: Putin və Ərdoğan əlaqələrin yenidən aktivləşdirilməsi üçün müsbət addımların atılmasının vacibliyini vurğulayaraq bölgədə siyasi, iqtisadi və insani böhranlarla mübarizə üçün əməkdaşlığını əhəmiyyətini qeyd ediblər.

İki tərəf ikitərəfli əlaqələrin yenidən aktivləşdirilməsi, terrorizmlə müştərək mübarizə, təmaslar və üz-üzə görüşlərin davam etməsi barəsində yekdil olub. Putin də çərşənbə axşamı İstanbulda törədilən terror aktını pisləyib və Türkiyə prezidenti və xalqına başsağlığı verib.

2015-ci ilin sonlarında Türkiyə qırcılarının Suriya sərhədində Rusiyanın Su 24 qırıcı təyyarəsini vurmasından sonra iki ölkə prezidenti arasında ilk birbaşa təmasdır.

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı Kremlin rus pilotun həlak olması barədə Ərdoğanın Putinə üzrxahlıq məktubu göndərdiyini bildirməsindən bir neçə gün sonra baş tutub.

Teqlər