ABŞ hava limanlarında fövqəladə vəziyyət elan edilib
-
ABŞ hava limanlarında fövqəladə vəziyyət elan edilib
İnformasiya qaynaqları Amerika Birləşmiş Ştatlarının bütün hava limanlarında fövqəladə vəziyyətin elan edilməsindən xəbər veriblər.
ABŞ-ın NBC telekanalı dünənki məlumatında bildirib ki, Amerikanlar İstanbulda Atatürk hava limanındakı son terror hadisəsinin İŞİD tərəfindən törədilməsindən əmin olduqda ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirlərini gücləndiriblər. Beləliklə hava limanlarına xüsusi təyinatlı qüvvələr və təhlükəsizlik qüvvələri yerləşdirilib.
Bəzi amerikan rəsmilər deyirlər ki, 4 iyul tətillərinin fitir bayramı tətilləri ilə üst-üstə düşməsinə görə oxşar hücumların baş verəcəyindən nigarandırlar. ABŞ rəsmiləri, İŞİD-in Suriya və İraqdakı məğlubiyyətinin ardınca bu terrorçu qrupun Amerika daxilində terror aktları törətməyə daha da meyilli olacağından nigarandırlar.
Amerikanların 3-də biri belə qənaətdədir ki, Amerikada şəxslər tərəfindən edilən hücumların təhlükəsi mütəşəkkil terrorçu qrupların hücumlarından daha çoxdur.
12 iyunda ABŞ-ın Orlando şəhərində gecə klubuna edilən silahlı hücumdan sonra Amerika vətəndaşları silahdan imtina etməyin yerinə silah satışı mağazalarında sıraya düzülüblər.