Sabah Ümumdünya Qüds Günü yürüşlərində Qüdsün azadlığı fəryadı ucalacaq
https://azeri.sahartv.ir/news/dünya-i223534-sabah_Ümumdünya_qüds_günü_yürüşlərində_qüdsün_azadlığı_fəryadı_ucalacaq
Dünyanın azadlıq sevər xalqları sabah Ümumdünya Qüds Günü yürüşlərində iştirak edərək, bir daha işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətini fəryad edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 11:04 Asia/Baku
  • Ümumdünya Qüds Günü yürüşləri
    Ümumdünya Qüds Günü yürüşləri

Dünyanın azadlıq sevər xalqları sabah Ümumdünya Qüds Günü yürüşlərində iştirak edərək, bir daha işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətini fəryad edəcək.

Mübarək Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib. Buna görə də hər il olduğu kimi bu il də ramazan ayının sonuncu cümə günündə Fələstin xalqını müdafiə və himayə fəryadı bütün İslam Dünyasından ucalacaq və İslam Ümməti məzlumu himayə üzrə dini vəzifəsinə əməl edəcək.