İyul 04, 2016 09:12 Asia/Baku
  • Fransa Parlamenti
    Fransa Parlamenti

Fransa Parlamenti bir qanun layihəsi qəbul edərək, qondarma "erməni soyqırımı"nın inkar edilməsini cinayət hesab edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Fransa Parlamentinin üzvləri bazar günü qondarma "erməni soyqırımı" iddiasını inkar etməyi cinayət hesab edən bir qanun layihəsinin lehinə səs veriblər. Bununla da qondarma soyqırımı inkar edənlərin cərimə və həbs edilməsinə qanuni şərait yaradılmış olub.

Osmanlı dönəmində törədildiyi iddia edilən qondarma "erməni soyqırımı"nın rəsmən tanınması ilə bağlı Almaniya və Türkiyə arasında gərginliyin davam etdiyi bir dönəmdə Fransa Parlamentinin belə bir addım atması düşündürücüdür.

Fransa Parlamentinin qəbul etdiyi yeni qanuna əsasən Fransada qondarma soyqırımı inkar edənlər 50000 dollar cərimə və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzaları ilə üzləşmiş olacaqlar.

Bu qanun layihəsinin Fransa Senatı tərəfindən də təsdiq edilməsi nəzərdə tutulub.

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan şənbə günü Fransa Senatından qondarma soyqırımı inkar etməyi cinayət hesab edən qanun layihəsini dəstəkləməsini istəmişdi.

Ermənilər birinci dünya müharibəsi dönəmində(1915-1917) Osmanlı dövləti ərazisində yaşayan ermənilərin kütləvi qırğına məruz qaldıqlarını və 1.5 milyon erməninin öldüyünü iddia edirlər.

Teqlər