"Qüds Günü" Nigeriyanın 20 şəhərində qeyd olundu
İyul 04, 2016 09:34 Asia/Baku
Nigeriya İslam Hərəkatı Qüds gününü ölkənin 20 şəhərində qeyd etdi.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Nigeriyada Qüds Günü yürüşlərində iştirak edənlər əllərində Fələstin bayrağı və üzərində İsrailin işğalçılıqları əleyhinə şüarlar yazılmış plakatlar daşıyıblar.
Aksiya iştirakçıları Fələstin məsələsinin İslam Dünyası üçün prioritet məsələ olduğunu fəryad edərək, Fələstinə dəstəyin artırılmasını istəyiblər.
Nigeriyanın təhlükəsizlik qüvvələri ötən il ölkədə keçirilən Qüds Günü yürüşlərinə qarşı güc tətbiq edərək, bir qrup insanı öldürmüş və yaralamışdılar.