Kadırov çeçen terrorçuların Türkiyədən deportasiya edilməsini istədi
https://azeri.sahartv.ir/news/dünya-i224284-kadırov_çeçen_terrorçuların_türkiyədən_deportasiya_edilməsini_istədi
Çeçenistan Muxtar Respublikasının prezidenti çeçen terrorçuların Türkiyədən deportasiya edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 07:35 Asia/Baku
  • Ramazan Kadırov
    Ramazan Kadırov

Çeçenistan Muxtar Respublikasının prezidenti çeçen terrorçuların Türkiyədən deportasiya edilməsini istəyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ramazan Kadırov çərşənbə axşamı günü çeçen terrorçuların adlarını bir daha yayımlayaraq Türkiyə hökumətindən onları Rusiyaya qaytarmasını istəyib.

Kadırov deyib: Ankara bu terrorçular və radikalların təhdidi barəsində xəbərdarlıqları alıb. Lakin Türkiyə rəsmiləri "sadəcə vəd ediblər" ki, onların Rusiyaya qaytaracaqlar.

Moskva və Ankara əlaqələri Rusiya və Türkiyə prezidentlərinin telefon söhbətindən sonra normallaşma prosesinə başlayıb.