FTB: Klintonun elektron poçt işi barədə təhqiqat yekunlaşıb
https://azeri.sahartv.ir/news/dünya-i224287-ftb_klintonun_elektron_poçt_işi_barədə_təhqiqat_yekunlaşıb
ABŞ-ın Federal Təhqiqat Bürosunun rəisi Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib: FTB-nin Hillari Klintonun şəxsi elektron poçtundan istifadə etməsi barədə araşdırması yekunlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 07:35 Asia/Baku
  • FTB: Klintonun elektron poçt işi barədə təhqiqat yekunlaşıb
    FTB: Klintonun elektron poçt işi barədə təhqiqat yekunlaşıb

ABŞ-ın Federal Təhqiqat Bürosunun rəisi Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib: FTB-nin Hillari Klintonun şəxsi elektron poçtundan istifadə etməsi barədə araşdırması yekunlaşıb.

Çərşənbə axşamı günü CNN telekanalı ilə canlı şəkildə yayımlanan bu mətbuat konfransında Ceyms Kumi deyib: Ötən bir il ərzində çoxlu səylərdən sonra FTB Hillari Klintonun ABŞ dövlət katibi olduğu dövrdə öz elektron poçtundan istifadə etməsi barəsində öz araşdırmasını yekunlaşdırıb və qərarın verilməsi üçün onu Ədliyyə Nazirliyinə göndərib.