ABŞ-da məhbus qadınların sayı 800 faiz artıb
İyul 06, 2016 18:54 Asia/Baku
-
ABŞ-da məhbus qadınların sayı 800 faiz artıb
Bir amerikan müəssisənin hesabatı bu ölkədə məhbus qadınların sayının artmasından söz açır.
"Anti-media" saytının məlumatına görə, "FAMM" adlı bir amerikan müəssisənin yaydığı hesabat göstərir ki, ötən 30 ildə Amerikada qadın məhbusların sayı 800 faizlik artıma malik olub, halbuki bu ölkədə kişi məhbusların sayı oxşar müddətdə 416 faiz artıbdır.
Həmin hesabata görə, bu ağlasığmayan artıma əsasən, hələ bu ölkədə məhbəslərdən kənar saysız-hesabsız cinayətkar mövcuddur. Üstəlik, məhbus qadınların üçdə iki hissəsi qeyri-zorakı cinayətlərə görə, zindandadır.
Anaları məhbəsdə olan amerikalı uşaqların sayı 1991-ci ildən bəri ikiqat artıbdır.