Vaşinqton İraq müharibəsi ilə bağlı səhvlərini etiraf etdi
İyul 07, 2016 14:33 Asia/Baku
Ağ Evin sözçüsü Caş Ernest İngiltərə hökumətinin İraq müharibəsində iştirakı ilə bağlı Çilkat hesabatına reaksiya olaraq, keçmiş səhvlərdən ibrət almaq lazım gəldiyini bildirib.
Caş Ernest deyib: Çilkat hesabatı çox uzundur və bir hələ ki, bu hesabatı tam formada dəyərləndirə bilməmişik. Prezident elə əvvəldən İraqa qoşun yeridilməsi ilə müxalif idi. Sözün düzü Obama prezidentlik dövrü boyunca o həlledici qərardan qaynaqlanan hadisələr ilə üzləşib. Gələcək prezident də yəqin ki, oxşar şəraitə malik olacaq.