İyul 11, 2016 09:27 Asia/Baku
  • İŞİD-in yaralı terrorçularının müalicəsi Türkiyə xəstəxanalarında ön planda durur
    İŞİD-in yaralı terrorçularının müalicəsi Türkiyə xəstəxanalarında ön planda durur

İŞİD-in yaralı terrorçularının müalicəsi Türkiyə xəstəxanalarında ön planda durur.

Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Türkiyədə çıxan "Bu gün" qəzeti bildirib ki, bu ölkə dövlətinin inkar etməsinə rəğmən, İŞİD terrorçuları Türkiyə xəstəxanalarında müalicə olunurlar və İŞİD-in yaralı terrorçularının müalicəsi Türkiyə xəstəxanalarında ön planda durur.

Qəzetin yazdığına görə, İŞİD başçılarından olan Mazən Əbu Muhəmməd 2014-cü ildə Türkiyə xəstəxanalarından birində müalicə olunub və bunun təsvirləri də yayılıbdır.

"Bu gün" qəzeti Türkiyə vətəndaşlarından birinə istinadla bildirib ki, o, qohumlarından birini müalicə üçün "Mustafa Kamal" xəstəxanasına aparıb, lakin xəstəxananın başçıları onu qəbul etməkdən çəkiniblər, halbuki bu xəstəxana elə həmin vaxtda üç yaralı İŞİD terrorçusunu qəbul edibdir.

Türkiyə dövləti son illərdə Suriyadakı terror qruplarını dəstəklədiyinə görə, daim daxili və xarici müxaliflərin tənqidlərinə tuş gəlibdir.

Teqlər