Əl-Qaidənin Liviyadakı başçısı öldürülüb
İyul 13, 2016 19:24 Asia/Baku
-
Əl-Qaidənin Liviyadakı başçısı öldürülüb
Liviya ordusunun hava qoşunları Əl-Qaidənin bu ölkədəki başçısını öldürüblər.
İRNA-nın verdiyi məlumata görə, Liviya ordusunun hava qüvvələri bu gün Əcdabiyanın şərqində Ərriqtə bölgəsində Əl-Qaidənin başçısı İbrahim Şeyxi və onu müşayiət edən 5 nəfəri öldürüblər.
İbrahim Şeyx öncə də Benqazi şəhərində ordu qüvvələri ilə toqquşmada bir dəfə yaralanmışdı.
Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin 2011-ci ildə devrilməsindən sonra hakimiyyət boşluğundan istifadə edən İŞİD kimi terrorçu qruplar bu ölkənin strateji bölgələrini öz nəzarətlərinə almağa cəhd göstərirlər.