Müsəlmanlar İngiltərənin yeni baş nazirinin işə başlamasından nigarandırlar
İyul 14, 2016 13:11 Asia/Baku
İngiltərənin yeni baş naziri Tereza Mey elə bir halda işinə başlayır ki, bu ölkə son onilliklərdə özünün ən böyük problemi, yəni Avropa Birliyindən çıxma ilə üz-üzədir.
İngiltərənin sabiq baş naziri Devid Kameron dünən rəsmən öz vəzifəsindən istefa verib və daxili işlər naziri Tereza Mey onun yerini tutub. Beləliklə, İngiltərə tarixində ikinci dəfə bir qadın bu ölkənin baş naziri olur.
O, İngiltərənin ən həssas dövrlərindən birində, yəni bu ölkənin Avropa Birliyindən çıxmasının nəticələri ilə üzləşmədə bu ölkənin baş naziri vəzifəsinə gəlir.
İslamofobist kimi tanınan Tereza Meyin İngiltərənin baş naziri seçilməsi bu ölkənin müsəlmanları arasında qorxu və nigaranlıq dalğası yaradıbdır.