Nitsa şəhərindəki hücumçu İŞİD qüvvələrindən olub
-
Nitsa şəhərindəki hücumçu İŞİD qüvvələrindən olub
Fransada müdafiə-təhlükəsizlik iclasının qərarlarının ardınca bu ölkənin on min hərbçisinin iştirakı ilə təhlükəsizliyin təmini əməliyyatı yayın sonlarınadək davam edəcək.
Fransanın müdafiə naziri bu xəbəri verərək, əlavə edib: Bu əməliyyat Fransada, Parisdə və dəmiyolu, metro, böyük müəssisələr və qatar, hava limanları kimi bəzi məkanlar, eləcə də həssas və dini məkanlarda icra olunur. Cümə axşamı günü gecə Fransanın Nitsa şəhərindəki terror hücumundan və əhalinin terror hücumlarından nigaranlığından sonra dövlət bu ölkədə fövqəladə vəziyyəti daha üç ay uzadıbdır.
İŞİD terror qrupu bu gün bildirib ki, Nitsa şəhərindəki hücumçu İŞİD qüvvələrindən olub. 31 yaşlı terrorçu yaxınları və qonşularının dediklərinə görə, əxlaq pozuntusuna malik şər bir adam olubdur. Daim spirtli içkilər içərmiş və üç uşağının olmasına rəğmən, həyat yoldaşı ilə yaşamırmış. Nitsa şəhərindəki hücumçu fransızların zehnində mümkün olan ən pis xatirə qoyubdur.
Vətəndaş: Uşaqlarımız çölə çıxarkən daha onları bir daha görəcəyimizə əmin deyilik. Görən, evə geri dönəcəklər? Küçələrə toplaşan zaman və ya metro bir səs eşidərkən qorxuruq. Biz təhlükəsizlik və asayişi itirmişik. Və özümüzü qorxu, dəhşət və nigaranlığa öyrətməliyik.
Belə bir şəraitlə Fransa dövləti çarəni bu ölkədə fövqəladə təhlükəsizlik vəziyyətini daha üç ay uzatmaqda görür.
Bu vəziyyət hücumların kökünün kəsilməsi və ya heç olmasa, onların azaldılmasında təsir göstərmədən bir il bundan qabaqdan bəri terror hücumlarının davam etməsilə daim uzadılır,
Nitsada 286 nəfərin öldürülməsi və yaralanması bu şəhər rəsmilərinin göz yummaları üçün bir yer qoymayıbdır.
Nitsanın meri Kristian Srozi: Dövlət həmin cinayətlərin təlim verildiyi bir məkanın açılmasına icazə veribdir. Bu məkanı Ərəbistan açıb və idarə edir. Bu reallıq dövlətin yanaşma tərzidir. Görən, hər altı aydan bir belə bir hadisənin baş verməsini görmək istəyirik? Əhali nigarandır və cavab istəyirlər.
Nitsanın meri iki ay bundan öncə vəhhabi təfəkkürlərinin təliminə görə, Ərəbistanın adına həmin məkanın açılması ilə müxalifət etmişdi. Elə bu gün Suriya və İraqda 1500 fransalı İŞİD-in kənarında döyüşür. Maraqlıdır ki, Nitsa şəhəri ən çox terrorçunun İŞİD-ə qoşulduğu Fransa şəhərlərindəndir.