İrəvanda gərgin vəziyyət
Dünən İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına yenidən əlavə polis qüvvələri cəlb olunub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, polis əməkdaşlarının qarşısında aksiya keçirən 200-dək etirazçı binanı ələ keçirən silahlıların ərzaqla təmin olunmasını tələb edib.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 3-ü yaralanıb.
Qeyd edək ki, ötən gün polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb.