Obama Trampı Rusiyaya rəğbət göstərməkdə günahlandırıb
ABŞ prezidenti- Barak Obama Demokrat partiyasının qurultayında çıxış edərək, Respublikaçılar partiyasının bu ölkə prezidentiliyinə namizədi Donald Trampı Rusiyaya və onun prezidentinə rəğbət etməyi təcrübədən keçirməkdə günahlandırıb.
"O, yəni Tramp Putinə çox rəğbət bəsləyir, 11 sentyabr aktından sonra bizimlə olmuş NATO üzrə müttəfiqlərimizlə bağlı deyir ki, onları müdafiə etmək üçün xərclər çəkmək gərəkdir", -deyə Obama deyib.
Rusiyanın İnterfaks xəbər agentliyinin məlumatında sonra belə deyilir: Amerika prezidenti sonra deyib: Bundan öncə o, deyirdi ki, belə hesab edir ki, Rusiya 2016-cı il noyabr prezident seçkilərinin gedişinə nüfuz göstərə bilər.
"Hər şey ola bilər", o, aparıcının müvafiq sulanı belə cavablandırdı-deyə Obama bildirib.
Amerika prezidenti Demokrat partiyasının elektron yazışmalarının sızması qalmaqalına toxunaraq, sistemin sındırılmasında rusiyalı hakerlərin əllərinin olmasını istisna etməyib. Bu məsələni amerikalı siyasətçilər də elan ediblər-deyə o, bildirib.
"Mən bilirəm ki, ekspertlər belə hesab edirlər ki, bu, rusların işidir" deyə Obama deyib. O, məsələyə belə aydınlıq gətirib: Bizə məlumdur ki, rusiyalılar bizim sistemləri, özü də təkcə hökumət sistemlərini deyil, şəxsi sistemlərimizi də sındırırlar.
Belə bir halda amerikalı prezident söyləyib: "Sızma hallarının təşkili motivləri haqda konkret bir söz deyə bilmərəm, amma bilirəm ki, Donald Tramp dəfələrlə bildiribdir ki. Vladimir Putinlə vəcdə gəlir.
O, əlavə edib: "Məncə, seçki kampaniyası gediçşində Trampı Rusiyada çox əlveişli şəraitdə dəstəkləyiblər.