Kəşmirdə qarşıdurma; 2 hind əsgəri və 2 separatçı ölüb
https://azeri.sahartv.ir/news/dünya-i227629-kəşmirdə_qarşıdurma_2_hind_əsgəri_və_2_separatçı_ölüb
Hindistanın nəzarətində olan Kəşmirdə qarşıdurmaların davamında iki hind əsgəri və iki separatçı hərbçi ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2016 09:01 Asia/Baku
  • Kəşmirdə qarşıdurma; 2 hind əsgəri və 2 separatçı ölüb
    Kəşmirdə qarşıdurma; 2 hind əsgəri və 2 separatçı ölüb

Hindistanın nəzarətində olan Kəşmirdə qarşıdurmaların davamında iki hind əsgəri və iki separatçı hərbçi ölüb.

Hindistan qüvvələri Pakistandan Keşmirə daxil olmaq istəyən yaraqlıları təqib etmələri ilə başlanıb.

Hindistanın nəzarətində olan Keşmirdə bir neçə həftəlik qarşıdurmada 50 nəfər həlak olub, minlərlə nəfər yaralanıb. Bu qarşıdurmalar 8 iyulda Keşmir separatçılarının komandanlarından biri Burhan Müzəffər Vainin Hindistan qüvvələri ilə toqquşmada həlak olmasından sonra başlanıb.

Cümə günü təhlükəsizlik və etirazçılar arasında qarşıdurmalarda da təxminən 100 nəfər yaralanıb.

Keşmirdə ardıcıl 22-ci gün olaraq komendant saatı bərqərar olunub.

Bütün məktəblər və satış-iaşə obyektlərinin fəaliyyəti dayandırılıb və internet və mobil telefon əlaqələri məhdudlaşdırılıb.

Yeni Dehli və İslamabad Keşmirin tam nəzarətinə iddia edirlər. Lakin hər biri bu məntəqənin bir hissəsinə nəzarət edir.

Hindistan və Pakistan həmçinin müstəqilliyi dövründən Keşmirin mülkiyyəti üzərində iki dəfə müharibəyə giriblər.