İrəvanda müxaliflər tərəfindən ələ keçirilən polis bölməsi azad edildi
-
İrəvanda müxaliflər tərəfindən ələ keçirilən polis bölməsi azad edildi
Ermənistənda hökumət ilə müxalif olanlar tərəfindən ələ keçirilmiş polis bölməsi, müxaliflərin təslim olması ilə azad edilib.
Frans Press-in İrəvandan verdiyi məlumata görə, Ermənistanın təhlükəsizlik qüvvələri və polis əməkdaşları 2 həftə öncə başlayan girov götürmə böhranını bazar günü yekunlaşdırıblar.
Ermənistanın Milli Təhlükəsizlik İdarəsi bəyanat yayaraq, 2 həftə öncə bir polis bölməsini ələ keçirmiş 20 silahlının təhlükəsizlik qüvvələrinə təslim olmasından xəbər verib.
Bəyanatda deyilir: Girov götürənlərin təslim olması və onların həbs edilməsi ilə, bu şəxslər tərəfindən ələ keçirilmiş polis bölməsi tamamailə azad edilib.
İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstənin üzvlərindən olan Varucan Avetisyan isə bu barədə deyib: Biz belə təsəvvür edirik ki, öz vəzifəmizi yerinə yetirmişik. Biz, xalqı qiyama təhrik edəcək bir qığılcıma çevrildik.
Bu silahlı dəstənin üzvləri 2 həftə öncə, 17 iyul tarixində Ermənistan polisinin paytaxt İrəvandakı bölmələrindən birinə hücum edərək, bir polis əməkdaşını qətlə yetirmiş, bir neçə nəfəri isə girov götürmüşdülər.
Bu hücum Ermənistan müxalifətinin başçısı Jerayr Səfilyanın azad edilməsinə hesablanmış bir hərəkət edi. Səfilyan 20 iyun tarixində İrəvanda dövlət binaları və rabitə binasını ələ keçirməyə cəhd ittihamı ilə saxlanılaraq, həbs edilib.
Səfilyanın tərəfdarları Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini tələb edirlər.