Avq 01, 2016 09:35 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Amerikada prezidentliyə namizəd olan respublikaçı milyarder Donald Tramp ikinci dəfə olaraq bildirdi ki, prezident seçkilərində qələbə çalacağı təqdirdə Krım yarımadasının Rusiyaya birləşdirilməsini rəsmən tanıyacaq.

Tramp "ABC" telekanalına verdiyi müsahibədə Krım yarımadası sakinlərinin özlərini Rusiya vətəndaşı saydıqlarından və Rusiya Federasiyasının tərkibində qalmaq istədiklərindən əmin olduğunu deyib. 

D.Tramp bundan öncə bildirmişdi ki, prezident seçiləcəyi təqdirdə Krım yarımadasının Rusiyaya birləşdirilməsini tanımağa və Qərb tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaları ləğv etməyə hazırdır. 

Teqlər