Nyu-Yorkda atışma bir nəfərin həyatına son qoydu
Avq 01, 2016 10:33 Asia/Baku
-
Nyu-Yorkda atışma bir nəfərin həyatına son qoydu
ABŞ polisi Nyu-Yorkda baş vermiş atışmada bir nəfərin öldüyü, daha bir nəfərin isə yaralandığını bildirib.
ABŞ polisi hadisənin bazar günü Bruklin məhəlləsində baş verdiyini qeyd edib.
Floridanın cənubunda baş vermiş silahlı insident isə 3 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində yaralananlardan birinin vəziyyəti isə ağır elan olunub.
Bu silahlı insident zamanı həyatını itirənlərin bir ana və 3 övladı olduğu bildirilir.
Kolorado ştatında, Denver şəhərində çıxan atışmada isə bir nəfər yaralanıb.
Hər il Amerikada odlu silahdan istifadə edərək, minlərlə insanın həyatına son qoyulur.