Avq 03, 2016 11:19 Asia/Baku
  • Türkiyə və İtaliya arasında media savaşı
    Türkiyə və İtaliya arasında media savaşı

Türkiyə və İtaliya arasında media savaşı davam edir. İtaliyanın xarici işlər naziri bu ölkədə media mənsubları ilə görüşdə Türkiyədə mətbuat azadlığı və vətəndaş hüquqlarına hörmət edilməsini istəyib.

İtaliyanın Ray Nyus telekanalının məlumatına görə, İtaliyanın xarici işlər naziri Paulo Centiloni Farenzinada bu ölkənin xarici işlər nazirliyinin binasında milli mətbuat federasiyasının üzvləri ilə görüşdə Türkiyədə vətəndaş hüquqları və azadlığına beynəlxalq dəstək istəyib.

Bununla bağlı, Centiloni deyib: Biz iyul ayının ortalarında Türkiyədə baş vermiş çevrilişə səy qarşısında aşkar surətdə bu ölkə başçılarını himayə etdik. Amma bu gün də xalqın hüquqlarına, xüsusən mətbuat azadlığı və informasiyanın çatdırılmasına hörmət edilməsini istəyirik.

Teqlər