Avstriya Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin sonlandırılmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i228142-avstriya_türkiyənin_avropa_birliyinə_üzvlük_prosesinin_sonlandırılmasını_istədi
Avstriya kansleri: Üzvlük müzakirələri nağıldan başqa bir şey deyil. Türkiyənin demokratiya ilə bağlı düşüncələri bu ölkənin Avropa Birliyinə üzvlüyünü əsaslandıra biləcək durumdan xeyli uzaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2016 05:05 Asia/Baku
  • vstriya kansleri Kristiyan Kern
    vstriya kansleri Kristiyan Kern

Avstriya kansleri: Üzvlük müzakirələri nağıldan başqa bir şey deyil. Türkiyənin demokratiya ilə bağlı düşüncələri bu ölkənin Avropa Birliyinə üzvlüyünü əsaslandıra biləcək durumdan xeyli uzaqdır.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avstriya kansleri Kristiyan Kern çərşənbə günü Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrin durdurulmasını istədi. 

K.Kern deyib: Avropa Birliyi Avropanın istəklərinə yaxınlaşması üçün Türkiyə iqtisadiyyatına "alternativ yardım" yolları tapmalıdır. 

Türkiyə və Avropa Birliyi mart ayında mühacirlərin Türkiyə yolu ilə Avropaya axın etməsinin önlənilməsi üzrə bir anlaşma imzalayıblar. Bu anlaşmaya əsasən, mühacirlərin Avropadan geriyə, Türkiyəyə göndərilməsi və onların Avropaya axın etməsinin önlənilməsi müqabilində Türkiyəyə maliyyə yardımları edilməli və bu ölkənin Avropa Birliyinə üzvlük prosesi sürətləndirilməlidir.