Obama: İrana ödənən pul bac deyildi
Avq 05, 2016 09:50 Asia/Baku
ABŞ prezidenti deyib: Nüvə anlaşması gözlənildiyi kimi dəqiq şəkildə icra olunub.
ABŞ prezidenti Barak Obama cümə axşamı günü bildirib: Amerika ilin əvvəllərində hava vasitəsi ilə İRana göndərilən 400 milyon dollar amerikalı məhbusların azad olunması üçün olmayıb.
O Pentaqonda keçirilən mətbuat konfransında deyib: Sizlərdən bəzisinin yadında ola bilər ki, biz bu ödəməni yanvar ayında elan etdik. Yəni bir neçə ay daha öncə. Bunlar gizli deyil. İrana nağd pu ödəməsi bank sanksiyalarının çətin qanunlarına görə oldu.
ABŞ prezidenti deyib: İŞİD-i məğlub etmək qaçılmaz olacaqdır.
Barak Obama sözünün davamında əlavə edib: İŞİD ehtimal üzrə İraq və Suriyada məğlub olduqdan sonra da özünü qoruyacaqdır.