Avq 05, 2016 12:51 Asia/Baku
  • İrəvanda mitinq
    İrəvanda mitinq

Ermənistan paytaxtı İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Aksiya iştirakçıları  hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər.    

NEWS.am-ın xəbərinə görə, aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıblar.  

Teqlər