Misirdə İŞİD-ə bağlı terror qruplaşmasının başçısı öldürülüb
İŞİD-ə bağlı qruplaşmanın bir nömrəli adamı Əbu Dua əl-Ənsari Misir ordusunun əl-Əriş şəhərinin cənubunda keçirdiyi əməliyyatda öldürülüb.
Misir ordusu bildirib: Ordu qüvvələrinin keçirdiyi əməliyyatda İŞİD-ə bağlı terror qruplaşmasının başçısı öldürülüb.
Misir ordusunun sözçüsü leytenant Məhəmməd Səmir Misir ordusunun əl-Əriş şəhərinin cənubunda keçirdiyi əməliyyatda İŞİD-ə bağlı qruplaşmanın bir nömrəli adamı Əbu Dua əl-Ənsarinin öldürüldüyünü təsdiqləyib.
Misir ordusunun məlumatına görə, xüsusi təyinatlılar və hava qüvvələrinin keçirdiyi birgə əməliyyatda azı 45 terrorçu da öldürülüb.
2013-cü ildən və Misir ordusunun çevrilişindən sonra özünü İŞİD-ə bağlı hesab edən Ənsar Beytül-Müqəddəs terror qruplaşması Sina səhrasında Misir ordusu və polis əməkdaşlarına qarşı çoxlu hücumlar həyata keçiriblər. Bu hücumlarda yüzlərlə polis və hərbçi öldürülüb. Bu terror qruplaşması Sina vilayətini öz ərazisi hesab edir.