ABŞ Gülənin ekstradisiyası üçün Türkiyənin sənədlərini araşdırır
ABŞ Dövlət Departamentinin sözçüsü Fətulla Gülənin ekstradisiyası məqsədilə Türkiyə hökumətinin göndərdiyi sənədlərin araşdırıldığını deyib.
Mark Tuner cümə axşamı günü mətbuat konfransında deyib: Türkiyə rəsmiləri bizə bir çox sənəd göndəriblər və biz bu sənədləri araşdırmaqdayıq.
Rəsmi Ankara Güləni Türkiyədəki son uğursuz çevrilişin səbəbkarı hesab edir və ABŞ-dan istəyib ki, onu ekstradisiya etsin. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ciddi müxaliflərindən olan Gülən 1999-cu ildən könüllü sürgün olaraq ABŞ-da yaşayır.
Tuner deyib: Türkiyənin göndərdiyi ilk sənəd Gülənin ekstradisiyası üçü rəsmi müraciətə şamil olmurdu.
O əlavə edib: Biz sonra daha çox sənəd aldıq. Biz sənədləri araşdırmaqdayıq. Və düşünmürəm ki, hələlik Amerika rəsmiləri nəticəyə çatsınlar.