Putin və Ərdoğanın görüşməsi Moskva-Ankara böhranının sonudur
-
Ərdoğan və Putin
Rusiya və Türkiyə prezidentləri Sankt-Peterburq şəhərində üz-üzə görüşdülər və müxtəlif sahələrdə Moskva və Ankara arasında əlaqələrin bərpası üçün iki ölkənin səy göstərəcəyini bildirdilər. Bir çoxları bu olayı tarixi adlandırır.
Rusiya əl-Youm telakanalı bildirib: Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşməsi bir çox ekspertin fikrincə, bu iki şəxsiyyət arasında dayandırılmış 8 aylıq əlaqələrə son qoymaq üçün başlanğıc hesab olunur. Bəziləri bu anı tarixi an adlandırır və onu Rusiya və Türkiyə arasında əlaqələrin yenidən başlanması istiqamətində önəmli hadisə hesab edirlər. Putin və Ərdoğan Moskva-Ankara əlaqələrinin Türkiyənin ötən noyabr ayında Suriya səmasında Rusiya qırıcısını vurmasından öncəki dövrə qaytarılması üçün maraqlı olduqlarını dilə gətirdilər.
Vladimir Putin deyib: Müxtəlif cəhətlərdə iki ölkə arasında əlaqələr səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlər və vəzifələri müəyyənləşdirdik. Bizim prioritetlərimizdən biri əlaqələr səviyyəsini iki ölkə arasında böhrandan öncəki dövrə qaytarmaqdır. Nəticədə iki tərəf iki ölkə arasında ticarət və iqtisadiyyat əməkdaşlıqlarının canlandırılması üçün ciddi şəkildə aktiv olmalıdır. Bu səy başlanmışdır. Amma onun səmərəli olması zamana ehtiyaclıdır.
Ərdoğan da Türkiyə əleyhinə sanksiyaların ləğvinin sürətləndirilməsi və iki ölkə arasında müştərək layihələrin icrası üçün səylərə başlanmasını istəyib.
O deyib: İki ölkə arasında əlaqələr səviyyəsinin böhrandan öncəki dövrə qayıtmasını, hətta ondan da artıq genişlənməsinə çalışırıq. Bu istiqamətdə iki ölkədə lazımi siyasi iradə müşahidə olunur. Qənaətimcə, iki ölkə xalqı da bu məqsədi reallaşdırmağımızı və danışıqları nəticəyə çatdırmağımızı istəyir. Belə ki, Rusiya və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi və ictimai sahələrdə böhrandan öncəki dövrə qayıtsın.
Ərdoğan uğursuz çevrilişdən sonra ilk xarici səfərində Rusiyaya gedib ki, iki ölkə əlaqələrinin müsbət atmosferdə izləniləcəyində şübhə yaranmasın. Bu hadisə Moskva və Ankara arasında əlaqələrdən daha geniş mesajları özündə ehtiva edə bilər.
Röyters İnformasiya Agentliyi də bildirib ki, Türkiyə xarici işlər naziri deybi: Əgər qərb Türkiyəni itirərsə, bu məsələ Türkiyənin Rusiya, Çin və ya islam dünyası ilə müsbət əlaqələrinə görə deyil, qərbin öz yanlışlıqlarına görədir.
Türkiyə xarici işlər naziri deyib: Türkiyənin Rusiya ilə əlaqələrini yaxşılaşdırması qərb üçün heç bir mesaj ola bilməz.