Nyu-Yorkda qətl \ Məscidin imam camaatı öldürüldü
ABŞ mətbuatı şənbə günü şahid ifadələrinə əsasən Nyu-York məscidlərindən birinin imam camaatının öldürülməsi və yanında olan şəxsin yaralanmasından xəbər veriblər.
Bu məlumata görə, hadisə Nyu-Yorkun Kuinz məhəlləsində çıxan silahlı insident zamanı baş verib.
Fransa xəbər agentliyinin Nyu-Yorkdan verdiyi məlumata görə, Nyu-York polisinin sözçüsü deyib: Təqribən 50 yaşlarında olan bu iki nəfər Kuinz məhəlləsində yerləşən məsciddə qılınan namaz mərasimindən evə qayıdarkən, elə həmin məhəllədə y erləşən Uzun Park adlı məntəqədə atəşə məruz qalıblar.
Polis rəsmisinin verdiyi açıqlamaya görə, məscidin imam camaatı hadisə nəticəsində həyatını itirib. Yanında olan şəxs isə ağır şəkildə yaralanıb və vəziyyəti öz ağırlığını qorumaqdadır.
Hadisə qurbanlarının kimliklərinə işarə edilməyib.
ABŞ-ın Missuri Ştatında, Kanzas Siti şəhərində də şənbə günü silahlı insident baş verib. 8 və 9 yaşlarında olan iki uşaq həyatını itirib.
ABŞ Statistika Mərkəzi şənbə günü bildirib ki, ötən 24 saat ərzində ölkə səviyyəsində 64 silahlı insidentin baş verməsi haqda məlumat daxil olub. Bu silahlı insidentlər nəticəsində 19 nəfərin öldüyü, 41 nəfərin isə yaralandığı bildirilir.