Con Bolton: ABŞ İŞİD ilə mübarizəni gecikdirir
-
Con Bolton
Sabiq amerikalı rəsmi Rusiya, İran və Türkiyə arasındakı əməkdaşlıqdan nigaranlıq edərək, ABŞ dövlətinin İŞİD ilə mübarizəni təxirlə irəlilətməsindən nigaranlıq edib.
Foks Nyus kanalının verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Con Bolton deyib: Mənbic şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi mühüm bir nailiyyət sayılır və İŞİD üçün növbəti məğlubiyyətdən xəbər verir. Şübhəsiz, gücdən düzgün şəkildə istifadə etməklə İŞİD-i məğlub etmək olar. Amma, mühüm olan məsələ budur ki, nəyə görə bu iş bu qədər uzanıb? Nə üçün Bİrləşmiş Ştatlar bu məsələni bu qədər uzadaraq, təsirli addım atmır?
Con Bolton həmçinin deyib: Mən hələ xeyli müddət öncədən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın izlədiyi siyasətlərdən nigaran idim. Xüsusi ilə dövlət çevrilişinə uğursuz cəhdin ardınca gördüyü işlərdən. Hesablamalara görə, Ərdoğan 16 mindən çox adamı dövlət çevrilişi ilə əlaqədar həbs edib. Əgər Türkiyədə bu qədər çox çevrilişçi var imişsə, həmin dövlət çevrilişin uğurlu olması qaçılmaz olmalı idi. Ərdoğan islamçı və zorakı baxışları olan bir adamdır. Ərdoğan Türkiyəni Qərb oxundan çıxartmağa çalışır. Ərdoğanın məqsədi budur. Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə yaxınlaşması Amerika üçün son dərəcə mənfi nəticələrə gətirib çıxarda bilər. İran, Rusiya və Türkiyənin regiondakı əməkdaşlıqlarına diqqət göstərmək lazımdır. Belə bir şəraitdə Amerikanın passiv davranışının şahidiyik.