Nyu-York müsəlmanlarının rəhbəri Donald Trampa qarşıdır
https://azeri.sahartv.ir/news/dünya-i229579-nyu_york_müsəlmanlarının_rəhbəri_donald_trampa_qarşıdır
Nyu-York müsəlmanlarının rəhbəri Amerikada prezidentliyə respublikaçı namizəd Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi fikirləri dünən Nyu-Yorkda 2 müsəlmanın qətlə yetirilməsi amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 13:26 Asia/Baku
  • Nyu-York müsəlmanlarının rəhbəri Donald Trampa qarşıdır
    Nyu-York müsəlmanlarının rəhbəri Donald Trampa qarşıdır

Nyu-York müsəlmanlarının rəhbəri Amerikada prezidentliyə respublikaçı namizəd Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi fikirləri dünən Nyu-Yorkda 2 müsəlmanın qətlə yetirilməsi amili adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Seyid Zəhir Həsən Nəqəvi bazar günü Nyu-Yorkda Fürqan məscidinin önündə müsəlmanlar qarşısında etdiyi çıxış zamanı deyib: Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi fikirlər müsəlmanlar üçün çox çətin bir şərait yaradıb.

Nyu-York müsəlmanlarının rəhbəri müsəlmanlar əleyhinə səsləndirilən fikirlərin Nyu-Yorkda bir məscidin imam camaatı olan Əlaəddin Akuncinin və onun yanında olan Səraməddinin qətlə yetirilməsinə səbəb olan amillərdən adlandırıb.

ABŞ müsəlmanları Nyu-York şəhərində, Kuinz məntəqəsində aksiya keçirərək, imam camaatın qətlə yetirilməsinə etiraz ediblər. Aksiya iştirakçıları cinayətkarların cəzalandırılmasını istəyiblər.

Nyu-York məscidlərindən birində imam camaat olan Əlaəddin Akunci şənbə günü yanında olan bir şəxs ilə birlikdə silahlı hücuma məruz qalıb. Bu hadisədə hər iki şəxs qətlə yetirilib.

Nyu-York polisi bu hadisə ilə əlaqədar bir şübhəlinin saxlanıldığını və istintaqın davam etdiyini bildirib.