Avq 14, 2016 18:26 Asia/Baku
  • Fransa terror aktları bu ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib
    Fransa terror aktları bu ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib

Fransada törədilən terror aktları bu ölkə iqtisadiyyatına xüsusi ilə də turizm sektoruna ciddi mənfi təsirlər buraxıb.

PressTV-nin verdiyi məlumata görə, son statistik məlumatlara görə, Fransa ötən 3 ayda iqtisadi inkişafa malik olmayıb. Bunun səbəblərindən biri ölkədə törədilən terror aktları və fəhlə sindikatlarının tətil aksiyaları olub. Bu arada Fransanın turizm sektoru gəlirlərin 10%-lik azalması ilə üzləşib və ən çox zərər çəkmiş sektor sayılır.

PressTV-nin müxbiri Anastap Roy deyir: "Fransanın statistika mərkəzi iqtisadi inkişaf göstəricisinin 0% olduğunu elan edib. Bu məlumata görə, ölkədə işə alma göstəricisi də 0.2% azalıb. Fransanın müasir tarixində ən dəhşətli sellər, fəhlə sindikatlarının 6 aydan çox davam edən tətil aksiyaları  və terror aktları Fransa iqtisadiyyatı xüsusi ilə də turizm sektoru üçün ciddi mənfi təsirlərə malik olub. Nis şəhərində baş verən son zorakılıqlar isə insanların Fransaya planlaşdırdıqları səfərləri ləğv etməsinə səbəb olub. Fransa dövləti ölkəyə gələn xarici turistlərin sayında 10%-lik azalmanın olduğunu bildirib."

AB and Artho şirkətinin icraçı müdiri Adelina Burhan deyir: "İnsanlar alış-veriş, fransız mədəniyyəti ilə tanışlıq, dağldarda velosiped sürmək və bir çox digər məsələlərlə bağlı Fransaya səfər edirlər. Onların artıq Fransaya gəlmək istəməməsi doğurdan da təəssüfləndirici haldır. Artıq muzeylər və ticarət mərkəzlərində turistlərin sayı xeyli azalıb."

PressTV-nin müxbiri Anastap Roy həmçinin deyir: "Bu günlər sadəcə qorxusuz turistlər Paris küçələrində olmaqdan ləzzət alır. Şəhər rəhbərliyinin bütün səylərinə baxmayaraq, Paris şəhərinə gələn turistlərin sayı xeyli azalıb. Aydın məsələdir ki, turistlər təhlükəsizliklərinə daha artıq zəmanətin verilməsini istəyirlər. "

Teqlər